AZ

Qəhrəman şəhidimiz Tural Məmmədovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tural Elxan oğlu Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində anadan olub.

QHT.az xəbər verir ki, o,2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2016-cı ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancaına şəhid olub.

Tural Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun! 

Seçilən
28
qht.az

1Mənbələr