AZ

Azərbaycanın ilk yarımildə cari əməliyyatlar balansında $2.3 mlrd. profisit yaranıb

2025-ci ilin 6 ayında Azərbaycanın tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənmişdir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.

Bu dövrdə cari əməliyyatlar balansında 2.3 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3.0 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.2 mlrd.$ artmışdır.

2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 mlrd.$ və ya ÜDM-in 6.3%- ni təşkil etmişdir (2024-cü ilin 6 ayı üzrə 2.6 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5.5% artaraq 7.3 mlrd.$, qeyrineft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 15.9% artaraq 5.0 mlrd.$ məbləğində olmuşdur.

Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 6.3% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır.

Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 mlrd.$ azalmışdır. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 6.7 mlrd.$ artaraq 77.7 mlrd.$-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir.

Bu dövrdə xam neftin orta qiyməti 70.7 $/barel olmuşdur

Seçilən
18
1
banker.az

2Mənbələr