AZ

Sabiq deputatdan Əmrullayevə – “Komandanızda bu fənləri bilənlər varsa…”

Sabiq deputat, təhsil üzrə ekspert Etibar Əliyevin ölkədə Riyaziyyat, İnformatika, Fizika və Kimya fənlərinin tədrisinin acınacaqlı olması barədə fikrini Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə “Xalq” qəzetinə müsahibəsində təsdiqləyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə E.Əliyev özü bildirib. Ekspertin bu fənlərlə bağlı fikirlərini nazir Emin Əmrullayev qəbul etməmiş, əskinə ölkədə Riyaziyyat, İnformatika, Fizika və Kimya fənlərinin tədrisinin yaxşı səviyyədə olduğunu bildirmişdi.

Məleykə Abbaszadədən sitat: “Xüsusilə narahatlıq doğuran sahələrdən biri də kimyadır. Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var.
I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir:
Bu məsələdə maraqlı bir məqam da budur ki, gələcəkdə İT sahəsində fəaliyyət göstərmək istəyən abituriyentlərin riyaziyyat nəticələri kifayət qədər yüksək olmalıdır. Bizə çox təkidlə müraciət edirdilər ki, informatika fənni üzrə də imtahanlar keçirilsin və biz bunu təşkil etdik. Lakin nəticə 37.86 faizdir, keçən illə müqayisədə cüzi olaraq artsa da, bu göstərici qənaətbəxş deyil.”

Etibar Əliyev M.Abbaszadənin bu açıqlamasından sonra E.Əmrullayevə səslənərək bildirib ki, zəfər qazanmış ölkənin vacib fənlər üzrə göstəriciləri belə olmamalıdır:

“Cənab Emin Əmrullayev! Özünüz də daxil olmaqla komandanızda bu fənlərin elementar əsaslarını bilənlər varsa, nifrət etdiyiniz ekspertlərin deyil, Məleykə Abbaszadənin statistikasını təhlil edin.
Böyük Zəfər qazanmış ölkənin vacib fənlər üzrə göstəriciləri belə olmamalıdır”.

Gülşən Rəsul

Seçilən
33
1
tribunainfo.az

2Mənbələr