AZ

Donald Trampın səfəri şərəfinə 42 milyard dollarlıq sövdələşmə imzalanıb  

Böyük Britaniya və ABŞ süni intellekt, kvant hesablamaları və mülki nüvə enerjisi sahələrində əlaqələrin gücləndirilməsinə yönəlmiş texnologiya sazişi imzalayıblar. “Microsoft”un rəhbərlik etdiyi ABŞ-ın aparıcı şirkətləri Böyük Britaniyaya 31 milyard funt sterlinq (42 milyard ABŞ dolları) sərmayə qoymağı öhdələrinə götürüblər.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu sazişin Atlantik okeanının hər iki sahilindəki milyonlarla insanın gələcəyinə təsir göstərəcəyini, inkişafı və təhlükəsizliyi təmin edə biləcəyini deyib.

“Reuters” agentliyi xəbər verir ki, “Texniki rifah müqaviləsi” adlı sənəd ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya ikinci dövlət səfərinin bir hissəsidir. Bu səfər çərşənbə günü Vindzor qəsrində Kral Çarlz və kral ailəsinin ev sahibliyi ilə keçiriləcək mərasimi əhatə edir.

Böyük Britaniya bildirib ki, saziş səhiyyə üçün süni intellekt modellərinin hazırlanması, kvant hesablama imkanlarının genişləndirilməsi və mülki nüvə layihələrinin optimallaşdırılması üzrə birgə səyləri əhatə edir. Bu sövdələşmə, həmçinin hər iki ölkədə iqtisadi artımı, elmi tədqiqatları və enerji təhlükəsizliyini təşviq edəcək.

Seçilən
48
2
azerbaijan-news.az

3Mənbələr