AZ

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 10 nəfər azərbaycanlı Qazaxıstanda təhsil almaq hüququ qazanıb. Bu barədə SİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Proqram 2017-ci il 3 aprel tarixli “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”a uyğun olaraq həyata keçirilir. Protokola əsasən, tələbələrimiz bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Qazaxıstanda təhsil alacaqlar.

Qazaxıstan tərəfinin yekun qərarına əsasən, seçilən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində yerləşdiriliblər. Belə ki, onlardan 6 nəfəri “QS 2026 Dünya Universitetlərinin Reytinq” cədvəlində 166-cı yerdə qərarlaşan Əl-Fərabi Qazax Milli Universitetində, 2 nəfəri 377-ci yerdə olan L.N.Qumilyov Avrasiya Milli Universitetində, 1 nəfəri Astana Beynəlxalq Universitetində, 1 nəfəri isə Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasında təhsil alacaq.

Tələbələrdən 2-si bakalavriat, 7-si magistratura, 1-i isə doktorantura səviyyəsi üzrə qəbul olunub. Onlar iqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki və texnoloji ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan bu il martın 18-də ictimaiyyətə təqdim olunub.

Seçilən
37
17
sia.az

10Mənbələr