AZ

Cadu kimi: 18 ci əsrdə hava proqnozlaru niyə qadağan edilib?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hava hər bir insanın həyatına təsir göstərir və ona görə də onun əvvəlcədən bilinməsi hər zaman mühüm hesab olunub. Lakin çox vaxt bu proses sehrlə əlaqələndirilirdi. Keçmişdə hava proqnozu verənləri cadugərlikdə ittiham etmək belə mümkündür.

Qayanrinfo xarici mediaya istinadən xəbər verir ki, proqnoz anlayışı hələ ikinci əsrdə astronom və riyaziyyatçı Ptolemeydən başlayıb. O, planetlərin hərəkət cədvəllərini tərtib etmiş və onların Yer atmosferinə təsirini hesablamaq üçün mürəkkəb sistem qurmuşdu. Bu sahə "astrometeorologiya" adlanırdı.

Uzun müddət bu üsul elm dairələrində etibarlı sayılıb. Mütəxəssislər iddia edib ki, astrometeorologiya yalnız təbiətə əsaslanan "zərərsiz sehr"dir. Lakin hakimiyyət şübhə ilə yanaşmağa başlayıb və 1735-ci ildə qəbul edilən qanun bütün öncədən xəbərdarlıqları, o cümlədən hava proqnozunu qadağan edib.

1854-cü ildə Meteorologiya bürosu yaradıldıqda belə, həmin qanun hələ də qüvvədə olub. Artıq elm ilə magiya arasında oxşarlıq itmişdi və insanlar proqnoz verdiklərinə görə tonqalda yandırılmayıb. Buna baxmayaraq, Ptolemeyin astrometeorologiyası bu günədək yaşayır və hətta illik hava təqvimlərinin hazırlanmasında istifadə olunur.

19-cu əsrdə Fransa imperatoru III Napoleon riyaziyyatçı Urban Leveryedən fırtına və tufanları qabaqcadan xəbər verən üsullar işləyib hazırlamasını istəyib. Səbəb Krım müharibəsi zamanı Fransa və Britaniya qoşunlarının böyük itkilərə məruz qalması olub.

Leverye teleqraf vasitəsilə Avropanın müxtəlif yerlərindən məlumat toplayaraq müəyyən edib ki, tufanı bir gün əvvəlcədən görmək mümkündür. Bu, İspaniya və Fransada qeydə alınmış siklonun nəticəsi olub. Beləliklə, ilk sinoptik xəritələr yaranıb.

Daha sonra bu işi britaniyalı dəniz zabiti və meteoroloq Robert Fitsroy davam etdirib. O, Böyük Britaniya Ticarət Şurasının Meteorologiya departamentinin rəhbəri olub və proqnozların dənizçilərin həyatını xilas edəcəyinə ümid edib.

Fitsroy müxtəlif ölkələrdən gələn 24 teleqram əsasında atmosfer təzyiqini işarələyərək siklon və antisiklonları xəritədə birləşdirib. İlk proqnoz 1860-cı ilin avqustunda "Times" qəzetində dərc olunub, bir il sonra isə ilk fırtına xəbərdarlığı verilib. Lakin proqnozların çoxu özünü doğrultmadığından bu, narazılıqlara səbəb olub. Balıqçılar dənizə çıxmadıqları üçün ziyana düşür, qəzetlərdə meteoroloqları istehza edən karikaturalar dərc edilib.

Peyk dövründə belə, insanların qədimdə havanı necə proqnozlaşdırdıqları maraq doğurmaqda davam edir. Bu gün ən yaxın üç gün üçün verilən hava proqnozlarının dəqiqliyi 98,5 faizdir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
qaynarinfo.az

1Mənbələr