AZ

Qarabağda separatizmin sonu Azərbaycanın suverenliyinin tam bərpası

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Lakin bu sənədə baxmayaraq, Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcudluğunu davam etdirirdi. Bu, açıq şəkildə Azərbaycanın suverenliyinə meydan oxumaq, beynəlxalq hüququn tələblərinə hörmətsizlik və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın kobud şəkildə pozulması idi.

Azərbaycan tərəfi dəfələrlə həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi. Qeyri-qanuni silahlı dəstələr ölkəmizin suveren ərazisindən çıxarılmalıdır. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edirdi ki, Qarabağda ikinci dəfə “boz zona” yaranmasına yol verilməyəcək. Lakin Ermənistan rəhbərliyi bu çağırışlara məhəl qoymur, vaxtı uzatmaqla separatizmin mövcudluğunu qorumağa çalışırdı.

Müharibədən sonra Azərbaycan dəfələrlə sülh sazişinin imzalanması, münasibətlərin normallaşması üçün Ermənistan tərəfinə çağırış etdi. Lakin Ermənistan hər dəfə danışıqlardan boyun qaçırdı, qeyri-konstruktiv mövqe sərgilədi, bununla da kifayətlənməyərək mütəmadi olaraq suveren ərazilərimizdə silahlı təxribatlara əl atdı. Bu, əslində sülh prosesinin pozulmasına, regionda təhlükəsizliyin təhdid edilməsinə yönəlmiş addımlar idi.

Üç il ərzində Ermənistan nəinki sülh prosesində irəliləyişə nail olmadı, hətta 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud şəkildə pozdu. Sənəddə açıq şəkildə göstərildiyi halda, Ermənistan silahlı qüvvələri, canlı qüvvə və hərbi texnika Qarabağdan çıxarılmadı. Əksinə, bölgədə mövqelər möhkəmləndirildi, qanunsuz hərbi kontingent saxlanıldı və təxribatların miqyası genişləndirildi. Bu, Azərbaycanın səbr kasasını daşıran əsas amillərdən biri oldu.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu suverenliyimizi tam təmin etmək üçün lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyat cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Qəhrəman Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Dəqiq və hədəfli zərbələr nəticəsində.

Qeyri-qanuni silahlı birləşmələrin qərargahları, hərbi mövqeləri və anbarları sıradan çıxarıldı.Qısa müddətdə silahlılar silahı yerə qoymağa məcbur edildi. Separatçı qurum faktiki olaraq ləğv olundu.

Beləliklə, Qarabağda separatizm birdəfəlik aradan qaldırıldı və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam şəkildə bərpa edildi.

Cənab Prezident İlham Əliyevin dəmir iradəsi və prinsipial mövqeyi nəticəsində dövlətimiz həm hərbi, həm də siyasi müstəvidə hədəflərinə çatdı.

Regionda yeni reallıq, Qeyri-qanuni hərbi qüvvələrin zərərsizləşdirilməsi ilə Cənubi Qafqazda tamamilə yeni təhlükəsizlik mühiti formalaşdı.Sülh və sabitlik üçün zəmin, Azərbaycanın qəti addımı bölgədə dayanıqlı sülhün, əməkdaşlığın və inkişafın əsasını qoydu. Bu Qələbənin arxasında Azərbaycan əsgərinin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin igidliyi dayanır. Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək qayğı bu tarixi qələbələrin davamlılığını təmin edən ən vacib amillərdəndir.

Bu əməliyyat Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu, artıq ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı heç bir təhlükə mövcud deyil. Azərbaycan dövlətçiliyi qətiyyət, milli birliyimiz isə sarsılmazlıq nümayiş etdirdi.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi əartiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
sesqazeti.az

1Mənbələr