AZ

Panamada meteoritin düşdüyü yerdə günü gündən böyüyən və formasını dəyişən SİRLİ daş tapıldı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Panamadan olan və özünü Kin adlandıran "TikTok" istifadəçisi "sirli meteorit"lə bağlı bir sıra videolarını sosial şəbəkədə paylaşıb.

Oxu.Az-ın məlumatına görə, Kin meteoritin düşməsindən sonra əmələ gələn kraterdə kiçik gümüşü daş tapdığını iddia edir. O, daha sonra həmin kraterin qaranlıqda necə parıldadığını göstərən kadrları da yayımlayıb.

Maraqlısı odur ki, istifadəçi daş parçasını evinə gətirdikdən sonra ondan tumurcuqlar əmələ gəlib. Qısa müddət ərzində cisim cücərmiş kartof yumrusuna bənzər hala düşüb.

Paylaşılan görüntülərə əsasən, bu çıxıntılar hər gün böyüyərək hazırda daşın üzərini tamamilə örtüb və indi onun özünü, demək olar ki, görmək mümkün deyil.

Kinin yayımladığı videolar milyonlarla baxış toplayıb. Lakin izləyicilərin əksəriyyəti kadrların, həqiqətən, meteoritə aid olduğuna şübhə ilə yanaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
oxu.az

2Mənbələr