AZ

Bank bilməlidir ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq Komitə sədri

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib. O bildirib ki, bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarı durumunu yaradır.

"Bu prosesə təsir edən ən güclü amil budur. Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacağıq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin və s. Burada məhkəmə qərarı haqqında yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Onlar selektiv yanaşmırlar ki, bunu yerinə yetirməsinlər və s. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq. Çünki vətəndaşın durumunu bilirdi".

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
5
unikal.az

10Mənbələr