AZ

Zahid Oruc: Bank vəsaiti verəndə bilməli idi ki, o geri qayıtmayacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Banklarımız əmlak, girov və maaş təminatı olmayan kreditlər verir. 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz bu sistemlə bağlıdır".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən komitə iclasında bildirib.

"Burada məhkəmə qərarı haqqında yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Onlar selektiv yanaşmırlar ki, bunu yerinə yetirməsinlər. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq. Çünki vətəndaşın durumunu bilirdi", - deyə komitə sədri bildirib.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
5
oxu.az

10Mənbələr