AZ

Qazaxıstanla vergi əməkdaşlığı dərinləşir

Qazaxıstanın paytaxtı Astanada iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair konvensiya layihəsi müzakirə olunub.

Azərbaycan tərəfini Dövlət Vergi Xidmətinin nümayəndələri və Maliyyə Nazirliyinin səlahiyyətli şəxsi, Qazaxıstanı isə Maliyyə Nazirliyinin ekspertləri təmsil ediblər. Görüşdə sənədin vergitutma ilə bağlı əksər bəndləri üzrə razılıq əldə olunub. Tərəflər açıq qalan məsələlərin qısa zamanda razılaşdırılması üçün işlərin intensivləşdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Səfər çərçivəsində iki ölkə arasında “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Müzakirələrdə hər iki ölkənin təcrübəsi nəzərdən keçirilib və gələcək əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.

XQ

Seçilən
64
1
xalqqazeti.az

2Mənbələr