Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Brunu Lajeni istefaya göndərilib.
News24.az “Portugual.net”-ə istinadən xəbər verir ki, bu barədə klub prezidenti Ruy Koşta məlumat verib.
Qeyd edək ki, Brunu Lajeninin istefaya göndərilmə qərarı “Benfika”nın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”-a məğlub olmasından sonra verilib.
“Qarabağ” səfərdə 3:2 hesabı ilə qələbə qazanıb.