AZ

Putin: "Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazırıq"

Putin:

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib.

TASS xəbər verir ki, o, bu barədə Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında danışıb.

V.Putin bildirib ki, bu, Moskvanın maraqlarına uyğun olmalıdır.

Rusiya lideri, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Kreml üçün təkcə indi yox, gələcəkdə də qəbuledilməz olacaq: “Amma biz Avropa və NATO ilə döyüşmək niyyətində deyilik”.

Dövlət başçısının sözlərinə görə, Rusiya həmişə Ukrayna ilə normal münasibətlər qurmağa çalışıb(Report).
Seçilən
741
50
reyting.az

10Mənbələr