Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 17 sentyabr, AZƏRTAC
ABŞ Dövlət Departamenti Niderlanda ümumilikdə 570 milyon dollar dəyərində AMRAAM raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, Niderland hökuməti daha əvvəl ABŞ-dan 232 AMRAAM raketi və səkkiz bələdçi sisteminin alınmasını istəyib. Bu silahların Niderlanda satışı NATO müttəfiqinin müdafiəsini gücləndirməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək.
Agentlik hesab edir ki, potensial saziş Niderlandın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.