AZ

"Qarabağ"ın futbolçusu: "Asan olmayacağını bilirdik, çox çalışdıq və üç xalı qazandıq"

Qarabağ komandası "Benfika" ilə matçda sona qədər təslim olmayıb.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran "Sport" TV-yə açıqlamasında deyib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsində qazandıqları möhtəşəm qələbəyə görə sevincli olduqlarını dilə gətirib:

"Bu qələbə bizi çox sevindirir. Şükürlər olsun ki, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xalı qazandıq. Qarşılaşmaya diqqətsiz başladıq və hesabda 0:2 geriyə düşdük. Amma sona qədər təslim olmadıq. Oyun ərzində irəliyə doğru oynamağa çalışdıq və istəyimizə çatdıq".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kamilo Duran oyunda "köhlən atlar"ın ikinci qolunu vurub.
Seçilən
88
7
sherg.az

9Mənbələr