AZ

"Benfika"nın baş məşqçisi: Bu, bizim istədiyimiz nəticə deyil

"Benfika"nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a sensasiyalı məğlubiyyəti (2:3) şərh edib.

"Bu, istədiyimiz nəticə deyil. Oyuna yaxşı başladıq, ilk 30 dəqiqəni yüksək səviyyədə keçirdik. Amma buraxdığımız ilk qol bizi ruhdan saldı. Bundan sonra komanda çətinlik çəkdi, matça nəzarəti itirdik. Bizə baha başa gələn səhvlərə yol verdik. Sonda gözləmədiyimiz nəticəni aldıq və bu axşam uğursuz bitdi", - Laji deyib.

Epizodları təhlil edən məşqçi müdafiədəki səhvləri qeyd edib: "Birinci halda Dediçlə Antonio Silva arasında böyük boşluq yarandı ki, rəqib bundan yararlandı. Sonra arxadan ötürmə oldu və müdafiə xətti yüksələndə rəqib üçün sərfəli mövqe yarandı".

Məşqçi onu da vurğulayıb ki, komanda nəticə çıxarmalı və belə məğlubiyyətlərə çevik reaksiya verməlidir: "Biz ayağa qalxmalı, baş verənləri təhlil etməli, həm meydanda, həm də meydanda olduğumuz anı çox aydın şəkildə dərk etməliyik. Ən qısa zamanda düzgün cavab verməliyik".

İdman.biz

Seçilən
37
idman.biz

1Mənbələr