AZ

Çempionlar Liqası: “Qarabağ”dan Portuqaliyada möhtəşəm geridönüş

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika”nın qonağı olub. Oyunun əvvəlində 0:2 hesabı ilə geri düşən təmsilçimiz möhtəşəm geridönüşlə meydandan qələbə ilə ayrılıb  – 3:2.

Azərbaycan çempionu 2-ci turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

16 sentyabr

23:00. Benfika – Qarabağ 2:3

Qollar: Barreneçea, 6 (1:0); Pavlidis, 16 (2:0); Leandro Andrade, 30 (2:1); Kamilo Duran, 49 (2:2), A. Kaşuk (2:3)

Baş hakim: Erik Lambrexts.

Lissabon, “Estadiu da Lus” stadionu

Seçilən
76
1
idmanxeber.az

2Mənbələr