AZ

“Ləzzət” firmasının qəndindən metal çıxıb – FOTO

“Ləzzət” firmasına məxsus doğranmış qəndlə bağlı şikayət yayılıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Hacı Hüseynov adlı şəxsin bildirdiyinə görə, məhsulun içərisindən metal parçası aşkarlanıb.

Onun sözlərinə görə, qəndin içindəki metal maqnitə yapışıb:

“Qənd alarkən bir daha yaxşı düşünün, hansı firmanın məhsulu olduğuna fikir verin”, – deyə vətəndaş qeyd edib.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstehlakçılar qida təhlükəsizliyi ilə bağlı daha ciddi nəzarət mexanizmlərinin tətbiq edilməsini tələb edirlər.

Məsələ ilə bağlı “Ləzzət” firmasının mövqeyi hələlik açıqlanmayıb.

Seçilən
60
nocomment.az

1Mənbələr