AZ

II Liqa: Qaradağ dan 8 cavabsız top

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu gün II Liqada ikinci tura yekun vurulub.

İdman.biz bildirir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

“Göygöl” doğma məkanda “Kür-Araz”ı qəbul edib. Oyun 1:0 hesabı ilə "Göygöl"ün xeyrinə başa çatıb.

“Ağstafa Gəncləri” isə “Qaradağ Lökbatan”ın qonağı olub. Görüş məhsuldar keçib. Lökbatanlılar qonaqların qapısından 8 cavabsız top keçiriblər.

Turun dünən keçirilən oyunlarında "Xankəndi" və "Şəmkir" öz meydançalarında müvafiq olaraq "Quba"ya (4:0) və "Dinamo"ya 3:0 qalib gəliblər. "Sheki City" və "Şirvan" isə səfərdə "Araz Saatlı"dan (12:0) və "Ağdaş"dan (1:0) üstün olublar.

İki turdan sonra "Sheki City", "Xankəndi" və "Şəmkir" hərəyə 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edirlər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr