1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Madriddə ikigünlük danışıqlardan sonra Çin və ABŞ razılaşıblar ki, "TikTok"un ABŞ-dəki törəmə şirkəti öz ana şirkəti "ByteDance"in alqoritmindən istifadə edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"Tərəflər alqoritmin və digər intellektual mülkiyyət hüquqlarının lisenziyalaşdırılmasını əhatə edən struktur barədə razılığa gəliblər", - deyə Çinin kibertəhlükəsizlik tənzimləyicisinin rəhbərinin müavini Vanq Tsintao bildirib.
Onun sözlərinə görə, "ByteDance" ABŞ-də "TikTok"un məlumatlarının və məzmununun təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürəcək. Razılaşma platformanın tövsiyə texnologiyası ilə bağlı uzunmüddətli geosiyasi mübahisələrə baxmayaraq, ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək.
Xatırladaq ki, iyulun 5-də Tramp "TikTok"un satin alınması ilə bağlı sövdələşməyə hazır olduğunu açıqlayıb. Bundan əvvəl, iyunun 19-da o, platformanın ölkədə fəaliyyətinin 90 gün, yəni 2025-ci il sentyabrın 17-dək uzadılması ilə bağlı sərəncam imzaladığını açıqlayıb.