AZ

"Rusiya Ukraynada rusları qorumaq üçün xüsusi hərbi əməliyyat keçirir"

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Polşada PUA ilə insidenti təxribat adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

"PUA-lar haradan gəldi? Onlar Ukraynadan gəliblər. Niyə? Çünki bu, təxribat idi. Bu təxribatı həyata keçirənlərin bundan artığını etməyə cəsarətləri yox idi", - Volodin deyib.

Dövlət Dumasının sədri qeyd edib ki, Avropa ölkələri daim yeni qorxu hekayələri ilə çıxış edirlər və Polşadakı vəziyyət onlardan biridir.: "İndi onlar özlərini ayıq-sayıq vəziyyətə salıblar. Və yenə də danışırlar ki, Rusiya onları necə fəth etmək istəyir. Onlar kimə lazımdır? Və ölkəmizi qorumaq, Rusiya vətəndaşlarını və Ukraynada yaşayanları, rus dilində danışmaq istəyən, pravoslav inancına etiqad etmək istəyən, mədəniyyətimizi qorumaq istəyən rusları qorumaq üçün xüsusi hərbi əməliyyat keçirilir. Bu, əsl məqsəddir".

Seçilən
60
1
operativmm.az

2Mənbələr