AZ

İran İslam Cümhuriyyəti Urmiya gölünü siyasi, hərbi və ictimai məqsədləri uğruna qurutdu Video

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“İran İslam Cümhuriyyətində hakimiyyət daxilində bir qrup "mafiya" vardı və onlar istəyirdilər ki, Urmu gölündən ciblərini doldurmaq üçün istifadə etsinlər. Bu gün Urmu gölü quruyub. Gölün duzunun qarışığında uranium və potasium və 20 cür fərqli metallar var ki, onlar litium çoxdur. Bu gün dövlət bir çox şirkətlərəicazə verib ki, duzun gölündən istifadə edilsin. Çinlilər buradan litium çıxaırırlar. Litium elektrikli avtomobillərə lazımdır”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Təbriz universitetində keçirilən “Necə edək ki, Urmu gölündən qurtulaq” adlı konfrans gölün tərkibində olan metallardan istifadə edə bilməyin müzakirəsi məqsədi daşıyırdı.

Maşallah Rəzmi

Siyasi şərhçi bildirib ki, daha əvvəl də Cənubi Azərbaycanda İran İslam Cümhuriyyətinin atom bombası düzəltmək istəyi haqda iddialar var idi: “Urmiya gölündə uranium var. Bu gölü də həmin uraniumu əldə etmək və atom bombası düzəltmək üçün qurutdular”.

Maşallah Rəzmi qeyd edib ki, göldə "artemiya Urmiya" adlı xərçənglər yaşayırdı və bu heyvanlar çox qiymətli heyvanlar idi.

“Artıq Urmu gölü quruyub. Hakimiyyət istədiyi kimi oradan istfadə edib. Təəssüf ki, millət də hələ gölün qurudulmasının zərərlərini hiss etmir. Amma 5-10 ildən sonra Təbriz şəhərİ duzlu küləyə görə boşalmağa məcburdur. Bu faciə gələn illərdə baş verəcək”-deyə güneyli fəal bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
icma.az

1Mənbələr