AZ

Avropa Komissiyası İsrailə qarşı məhdudiyyətləri müzakirə edəcək

Avropa Komissiyası sentyabrın 17-də İsrailin Qəzzadakı fəaliyyətləri səbəbindən ona qarşı məhdudlaşdırıcı tədbirlər paketini müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyo brifinqdə bildirib.

"Sabah kollegiya iclasında komissarlar İsraillə bağlı tədbirlər kompleksini nəzərdən keçirəcəklər. Buraya Aİ ilə İsrail arasında Avropa-Aralıq dənizi sazişinin müəyyən ticarət müddəalarının dayandırılması ilə bağlı komissiyanın təklif də daxildir", - o bildirib.

P.Pinyo qeyd edib ki, təklif olunan tədbirlər arasında Aİ Şurasının, yəni ittifaqa üzv 27 ölkənin təsdiqini tələb edənlər var.

Bununla yanaşı, Avropa Komissiyası Qəzza şəhərindəki vəziyyətin faciəli olduğunu vurğulayıb.

Seçilən
4
1
ikisahil.az

2Mənbələr