Avropa Komissiyası sentyabrın 17-də İsrailin Qəzzadakı fəaliyyətləri səbəbindən ona qarşı məhdudlaşdırıcı tədbirlər paketini müzakirə edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyo brifinqdə bildirib.
"Sabah kollegiya iclasında komissarlar İsraillə bağlı tədbirlər kompleksini nəzərdən keçirəcəklər. Buraya Aİ ilə İsrail arasında Avropa-Aralıq dənizi sazişinin müəyyən ticarət müddəalarının dayandırılması ilə bağlı komissiyanın təklif də daxildir", - o bildirib.
P.Pinyo qeyd edib ki, təklif olunan tədbirlər arasında Aİ Şurasının, yəni ittifaqa üzv 27 ölkənin təsdiqini tələb edənlər var.
Bununla yanaşı, Avropa Komissiyası Qəzza şəhərindəki vəziyyətin faciəli olduğunu vurğulayıb.