AZ

Qarabağın azad şəhərləri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü qeyd olunur » AzadMedia.az


Azərbaycan xalqı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün ikinci ilini qeyd edir.

Bu əlamətdar gün işğaldan azad olunmuş dörd şəhərimizin dövlətçilik tariximizdə və milli yaddaşımızda xüsusi yerini bir daha xatırladır.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün rəmzi olmaqla yanaşı, həm də Qarabağın mədəni, tarixi və strateji əhəmiyyətə malik bölgələridir. Bu şəhərlərin hər biri özündə həm qəhrəmanlıq, həm də faciəvi hadisələr yaşatsa da, bu gün onların adı yenidən dirçəliş və quruculuq simvoluna çevrilib.

Günün qeyd olunması ilə yanaşı, həmin şəhərlərdə bərpa-quruculuq işlərinin aparılması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi abidələrin bərpası və sakinlərin doğma yurdlarına dönüşü istiqamətində mühüm addımlar atılır.



Əlimərdan Abdullayev,
Masallı rayon I Səmədxanlı kənd ərazisi üzrə nümayəndəliyinin müavini
Seçilən
61
1
azadmedia.az

2Mənbələr