AZ

Cəlilabadda məktəbli qətlə yetirilib, sinif yoldaşı saxlanılıb

Cəlilabadda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Xəlilabad kəndində baş verib. Sinif yoldaşları arasında mübahisə yaranıb.
Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. Yeniyetmə xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
6
apa.az

10Mənbələr