AZ

“Qərb-2025” təlimləri ABŞ və Avropa arasında Kremlin siyasətinə yanaşmadakı fərqləri üzə çıxarıb

Rusiyadakı hərbi manevrləri amerikalı rəsmilərin izləməsi Avropada narahatlıq yaradıb...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

"Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2025” hərbi təlimləri ABŞAvropa arasında Moskva ilə bağlı yanaşmalarda dərin uçurumu bir daha göstərib. Təlimləri izləmək üçün iki amerikalı rəsminin gözlənilmədən Moskvaya səfər etməsi son illərdə ABŞ nümayəndələrinin Rusiya hərbi manevrlərinə ilk açıq qatılımı olub!, deyə qəzet yazır.

Adı açıqlanmayan amerikalılar The Guardian-a müsahibə verməkdən imtina etsələr də, onların iştirakı Rusiyanın ənənəvi tərəfdaşları, Çin, Myanma və Afrika ölkələrinin nümayəndələri arasında seçilib. Rusiya və Belarus dövlət KİV-ləri isə bu səfəri dərhal təlimlərin “qlobal əhəmiyyətinin göstəricisi” kimi təqdim ediblər.

Avropada ABŞ-nin bu addımı ciddi narahatlığa səbəb olub. Köhnə qitənin paytaxtlarında hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp Moskva ilə münasibətlərdə sərt mövqe tutmaqdan çəkinir və Rusiya liderini beynəlxalq təcriddən çıxarmağa meyllidir.

Moskvanın hərbi fəallığı fonunda Polşa sərhəddə 40 minə qədər hərbçi yerləşdirib. Avropanın digər müttəfiqləri də Rusiyadan mümkün pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün əlavə qırıcı təyyarələr göndərərək hava patrullarını gücləndiriblər.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr