Böyük Britaniya Azərbaycan-Türkiyə strateji müəttəfiqliyi və bundan irəli gələn bütün vəzifələrin icrasına müqavimət göstərən güc kimi çıxış etmir. Üstəlik Britaniya üçün Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır. Bu, Britaniyanın güc proyeksiyasını Avropadan Asiyaya yönləndirməsi üçün münbit şərait yaradır. Britaniyanın yanaşmaları, Azərbaycanla Türkiyəyə regionda geosiyasi vitrini dəyişmək istəyən qüvvələrə, o cümlədən Rusiya, Fransa, Hindistan, İrana qarşı manevr imkanlarını genişləndirmək fürsətini tanıyır.
Bütün bunlar o deməkdir ki, Böyük Britaniyanın Azərbaycanla xüsusi münasibətləri fərqli cari vəziyyətdəkindən də çox fərqli görünəcək. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda region üçün xüsusi əhəmiyyət daşıyan model kimi başa düşülə bilər. Bu fərqli məqamlar Bakı-London əlaqələrindəki eksklüziv yanaşmaları yeni dünya nizamına uyğunlaşdıran strategiya kimi izlənilir.
Rusiya ehtimal ki, məsələ ilə bağlı müəyyən kəşfiyyat siqnalları alıb və regionda Bakı-London əməkdaşlığının konturlarına qarşı informasiya əməliyyatlarını gücləndirir. Bu, Azərbaycanla Britaniya arasında veriləcək ikitərəfli strateji qərarlara qarşı Rusiyanın reaksiyasını göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31