AZ

Marko Rubio: Həmasın atəşkəs razılaşmasını qəbul etməsi üçün bir neçə günü qalıb

Marko Rubio: Həmasın atəşkəs razılaşmasını qəbul etməsi üçün bir neçə günü qalıb

ABŞ Dövlət katibi Marko Rubio İsrailin Qəzza şəhərinə qarşı bombardmanı davam etdirdiyini bildirərək, Həmasın atəşkəs razılaşmasını qəbul etməsi üçün vaxtın daraldığını deyib.

İsraildən Qətərə gedərkən jurnalistlərə açıqlama verən Rubio deyib: “İsraillilər orada əməliyyatlara başlayıblar. Buna görə də hesab edirik ki, bir razılaşmanın əldə olunması üçün çox qısa bir zaman pəncərəsi var. Artıq aylarımız yoxdur; yəqin ki, yalnız günlərimiz, bəlkə də bir neçə həftəmiz qalıb.”

Digər tərəfdən, Jerusalem Post qəzetinin xəbərinə görə, İsrail Ordusu Qəzza şəhərinə yeni quru əməliyyatı başlayıb. İsrailli mənbələrə istinadən verilən xəbərdə tankların şəhərə daxil olmağa başladığı bildirilib.

Seçilən
24
afn.az

1Mənbələr