AZ

Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb

Milli Məclisin regional məsələlər üzrə komitəsi 2025-ci ildə 9 iclas keçirib. Onlardan 7-si onlayn formatda baş tutub. .  Bunu regional məsələlər üzrə komitənin sədri Siyavuş Novruzov Milli Məclisinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional  məsələlər komitəsində görülən işlər barədə hesabatı təqdim edərkən deyib.

İclaslarda bələdiyyələrin illik fəaliyyəti, Vergi Məcəlləsinə, "Bələdiyyələrin statusu haqqında" qanuna və digər normativ aktlara dəyişikliklər müzakirə olunub.

Komitə həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq, vətəndaşların qəbulu və müraciətlərin cavablandırılması sahəsində fəaliyyət göstərib.

"2025-ci ildə 6 vətəndaş qəbulu keçirilib. Komitəyə 128 elektron, 161 yazılı müraciət daxil olub və cavablandırılıb. Bundan əlavə, 1,742 yazılı məktub və təqribən 5,000-ə yaxın şifahi müraciət qeydə alınıb. Müraciətlərin bir qismi yerində həll olunub, digərləri isə aidiyyəti üzrə yönləndirilib", - deputat bildirib. 


Gülnar Nazimqızı

Seçilən
51
anews.az

1Mənbələr