AZ

Emin Əmrullayev: Məcburi köçkün məktəbləri mərhələli şəkildə bağlanacaq

Böyük Qayıdış proqramı çərçivəsində torpaqlarına qayıdan məcburi köçkünlər üçün iki paralel məktəb modelinə ehtiyac qalmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. 

“Torpaqlarımız işğaldan azad olunduğuna görə, Azərbaycanda məcburi köçkün məktəbləri olmayacaq, olmalı da deyil. Bu məktəblər ya bağlanacaq, ya da yerli məktəblərlə əvəzlənəcək,” – nazir AzTV-nin “Hədəf” proqramında çıxışı zamanı deyib.

Əmrullayev qeyd edib ki, gələcək illərdə təhsil sistemində təkrarlanan infrastruktur və resursların optimallaşdırılması istiqamətində addımlar atılacaq.

Gülnar 

Seçilən
26
1
anews.az

2Mənbələr