AZ

“SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb

Bakı. Trend:

SİMAİmza” mobil tətbiqinin yüklənilmə sayı cariilin ilk səkkiz ayında 2 milyona yaxın artaraq 5 milyonuötüb.

Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq,maliyyə və digər sahələrdə “SİMA İmza”dan gündəlik istifadə edilir.Yeni nəsil rəqəmsal imzanı öz xidmətlərinə inteqrasiya etmişqurumların sayı isə 90-a yaxındır.

Təkcə, “mygov ID” üzərindən 200-dən çox hökumət portalına “SİMAİmza” vasitəsilə daxil olmaq mümkündür. Bu isə vətəndaşlaraelektron xidmətlərdən daha rahat, çevik və etibarlı şəkildəyararlanmaq imkanı yaradır.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanıəldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıyaehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqinismartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMAİmza” vətəndaşlar üçün tam ödənişsizdir. “SİMA İmza”nın vətəndaş,fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyəverilib. Hazırda sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”tətbiqində “6AYPULSUZ”promokodu ilə sahibkar imzasından 6 ay müddətinə ödəniş etmədənistifadə edə bilərlər.

Ətraflı məlumat üçün:

📞157

🌐 sima.az

Seçilən
65
11
az.trend.az

10Mənbələr