Azərbaycanın Xalq artisti Hacı Murad Yegizarov 10 il xəstəliklə mübarizə aparsa da, təəssüf ki, onu itirdik.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu mərhumun qardaşı Rəsul Yegizarov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb:
"Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm".
Rəsul Yegizarov Azərbaycan mədəni ictimaiyyətinə ağır itki ilə bağlı başsağlığı da verib:
"Hesab edirəm ki, onun sənəti daim yaşayacaq".
Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib. Onun nəşi bu gün Azərbaycana gətirilir.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
"Cebheinfo.az"