AZ

Qardaşı: "Hacı Murad Yegizarov illərlə xəstəliklə mübarizə aparsa da, onu itirdik"

Azərbaycanın Xalq artisti Hacı Murad Yegizarov 10 il xəstəliklə mübarizə aparsa da, təəssüf ki, onu itirdik.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu mərhumun qardaşı Rəsul Yegizarov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb:

"Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm".

Rəsul Yegizarov Azərbaycan mədəni ictimaiyyətinə ağır itki ilə bağlı başsağlığı da verib:

"Hesab edirəm ki, onun sənəti daim yaşayacaq".

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib. Onun nəşi bu gün Azərbaycana gətirilir.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

"Cebheinfo.az"

Seçilən
37
cebheinfo.az

1Mənbələr