AZ

“İbtidai sinif müəllimliyi” üzrə peşə imtahanında 10 nəfərdən yalnız biri müvəffəqiyyət əldə edib

BAKI, 16 sentyabr. TELEQRAF

“Uğursuz nəticələrin əksəriyyəti Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarına aiddir”.

Teleqraf xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90 faizi uğursuz nəticə göstərib:

“İmtahanda hər 10 nəfərdən yalnız biri müvəffəqiyyət əldə edib. Yəni iştirakçıların cəmi 10 faizi təqdim olunan suallara yarıdan çox düzgün cavab verə bilib” , – Tural Əhmədov bildirib.

Seçilən
61
teleqraf.com

1Mənbələr