AZ

AKP İstanbulun daha bir bələdiyyəsini ovlayır CHP çökdürülür

ain.az bildirir, Mia.az portalına istinadən.

Türkiyədə aan müxalifət partiyası CHP-lərin sədr olduöu bələdiyyələrə qarşı həbsər, daha sonra isə həmin bələdiyyələrə iqtidar partiyası AK Partiyanın "çökməsi" halları artır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq bir çox bələdiyyələrdə oxşar hallar yaşanb.

Məlumata görə, Ərdoğanın lideri olduğu AKP əsasən İstanbuldakı bələdiyyələrə "ahkam" kəsilib.

Xəbərdə deyilir ki, bir neçə gün əvvəl İstanbulun Beykoz bələdiyyəsinə sahiblənən AK Partiya indi də Bayrampaşa bələdiyyəsini "ovlamaq" üzrədir.

Bildirildiyinə görə, Bayrampaşa Bələdiyyə sədri Həsən Mutlu korrupsiya ittihamı ilə həbs olunduqdan sonra bu bələdiyyənin AKP-nin nəzarətinə keçmə etimalı yüksəlib: "Artıq həbsdən sonra CHP-nin 4 məclis üzvü tzyiqlə üzləşməkdən çəkinərək istefa verib. Onlar hələlik söz-söhbət olmasın deyə müstəqil, yəni, bitərəf qalacaqlarını deyirlər. Necə ki, Beykozun bələdiyyə sədri vəzifəsini icra edən CHP-li də belə deyirdi. Yəni, ara sakitlşən kimi, həmin 4 nəfər AKP-yə keçə və bununla da iqtidar partiyası Məclisdə üstünlüyə sahiblənməklə, həm bələdiyyə sədrliyini geri qalacaq, həm də qərarların qəbulunu tam şəkildə həyata keçirmək üstünlü qazanacaqlar"

Xəbərdə deyilir ki, istefalardan sonra Bayrampaşa Bələdiyyə Məclisində CHP üzvlərinin sayı 18-ə, AKP və MHP-lilərin ümumi sayı isə 15-ə düşüb. İstefa verən 4 üzv isə "müstəqil" olub.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
mia.az

1Mənbələr