AZ

Avropadan Rusiya ilə bağlı gözlənilməz addım

Avropa Komissiyası (AK)  sentyabrın 17-də Rusiya əleyhinə növbəti sanksiyalar paketini təqdim etməyəcək.

Olaylar.az xəbər verir ki, bununla bağlı "Politico" nəşri avropalı diplomata və blok ölkələrindən birinin rəsmisinə istinadən məlumat yayıb.

"Çərşənbə günü 19-cu məhdudiyyətlər paketinin dərci gözlənilmir. Yeni sanksiyaların rəsmi təqdimatı üçün mümkün tarix dəqiqləşdirməyib. Gecikmə Slovakiya və Macarıstanla bağlıdır. Belə ki, Avropa İttifaqı (Aİ) onların Rusiya neftindən asılılığını azaltmağa çalışır, yəni təzyiqləri artırır. Hazırda təşkilat buna fokuslanıb, nəinki Rusiyaya qarşı sanksiyaların tətbiqi", - deyə nəşr qeyd edib.

Qeyd edək ki, sentyabrın 13-də ABŞ prezidenti Donald Tramp NATO-nun bütün üzvlərinin Rusiya neftinin alınmasını dayandıracağı təqdirdə Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr