AZ

La Liqa tarixi yeniliyin astanasında: VAR qərarları dəyişdirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqasında daha bir yenilik yaşana bilər.
Oxu.Az xəbər verir ki, bunu qurumun prezidenti Xavyer Tebas açıqlayıb.
O, ölkə çempionatında baş məşqçilərin hakim qərarı olmadan VAR yoxlanışı tələb etmələrinin mümkünlüyünü istədiyini söyləyib:
"VAR mövzusunu ümumi olaraq gündəmə gətirmək istəyirəm. Baş məşqçilərin hakimlərin VAR qərarını gözləmədən hər matçda iki dəfə yoxlanış tələb etmə imkanlarının olması fikrini bəyənirəm. Hazırda FIFA da bunu sınaqdan keçirir. Belə bir sistemin bir çox anlaşılmazlığın qarşısını alacağını düşünürəm. Həmin qaydanı La Liqada yoxlaya bilərik".
Qeyd edək ki, Tebas daha öncə dəfələrlə VAR-la bağlı mənfi fikirdə olduğunu bildirib. O bu sistemin hakim qərarlarına və turnirin imicinə zərər vurduğunu söyləyib.
Seçilən
36
oxu.az

1Mənbələr