AZ

Xristian dövlətləri Fələstini müstəqil dövlət kimi tanıya bilərlərmi?- ÖZƏL

"İsrailin nəinki Qəzzada, ümumiyyətlə, Fələstinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyatlar başlayandan xristian Qərb dövlətlərinin "Fələstini müstəqil dövlət kimi tanıyacaqları" barədə bəyanatları əslində İsrailin lehinə işləyən prosesdir.  Hətta əsaslı ehtimal var ki, Qərb xristian dövlətlərinin belə "çəkindirici" manipulyativ bəyanatları İsraillə razılaşdırılıb. Və təbii ki, 1947-ci il BMT-nin elan etdiyi kimi, iki dövlət ərazisi qədər Fələstinin tanınmasını nəzərdə tutmur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Bu məsələ daha dərin və daha geniş təhlillərə ehtiyac duyur. Məsələ ondadır ki, Qərb və xristian dövlətləri bu bəyanatları verməklə, bir növ, İsrailin başladığı işğalçılıq prosesi üçün konkret müddət daxilində əməliyyatları yekunlaşdırmağa işarə edir.
Əgər fikir verdinizsə, hələ ki, heç bir müsəlman dövləti indiyə qədər elan etməyib ki, Fələstini müstəqil dövlət kimi tanıyacaq. Bu isə o deməkdir ki, İsrail faktiki olaraq Qəzzanı və digər əraziləri işğal etdikdən sonra, Fələstinin hazırda məhdud muxtariyyətlə idarə olunan ərazilərinin dövlət kimi tanınması məsələsi gündəmə gələ bilər. Bir növ hüquqi baxımdan İsrail bu əraziləri işğal etdikdən sonra, dünya dövlətlərinin qalan ərazilər üzrə Fələstini tanıması faktiki olaraq İsrailə qarşı gələcəkdə heç bir hüquqi iddianın irəli sürülməsinə imkan verməyəcək.
İsrailin qonşu müsəlman dövlətlərinə hücumları İsrailə psixoloji üstünlük yaradıb və artıq əksər müsəlman ölkələri üçün Fələstin məsələsi əhəmiyyət kəsb etmir. Qətərdə, Dohada müsəlman dövlətlərinin "Müsəlman NATO-su" yaratmaq ideyasının iflası aydındır və İsraili hələ birləşməyi planlaşdıran müsəlman birliyi dayandıra bilməz. Üstəlik, əksər ərəb dövlətləri ABŞ-ın nəzarətindədir. Ancaq bəzi müsəlman ölkələrinin iştirakı ilə hər hansı bir hərbi blok qurula bilər. Ancaq, o da unudulmamalıdır ki, İsrailin belə birliyə qarşı 1967-ci il təcrübəsi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr