Əgər fikir verdinizsə, hələ ki, heç bir müsəlman dövləti indiyə qədər elan etməyib ki, Fələstini müstəqil dövlət kimi tanıyacaq. Bu isə o deməkdir ki, İsrail faktiki olaraq Qəzzanı və digər əraziləri işğal etdikdən sonra, Fələstinin hazırda məhdud muxtariyyətlə idarə olunan ərazilərinin dövlət kimi tanınması məsələsi gündəmə gələ bilər. Bir növ hüquqi baxımdan İsrail bu əraziləri işğal etdikdən sonra, dünya dövlətlərinin qalan ərazilər üzrə Fələstini tanıması faktiki olaraq İsrailə qarşı gələcəkdə heç bir hüquqi iddianın irəli sürülməsinə imkan verməyəcək.
İsrailin qonşu müsəlman dövlətlərinə hücumları İsrailə psixoloji üstünlük yaradıb və artıq əksər müsəlman ölkələri üçün Fələstin məsələsi əhəmiyyət kəsb etmir. Qətərdə, Dohada müsəlman dövlətlərinin "Müsəlman NATO-su" yaratmaq ideyasının iflası aydındır və İsraili hələ birləşməyi planlaşdıran müsəlman birliyi dayandıra bilməz. Üstəlik, əksər ərəb dövlətləri ABŞ-ın nəzarətindədir. Ancaq bəzi müsəlman ölkələrinin iştirakı ilə hər hansı bir hərbi blok qurula bilər. Ancaq, o da unudulmamalıdır ki, İsrailin belə birliyə qarşı 1967-ci il təcrübəsi var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31