AZ

“GəncLİK Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşıb

ain.az bildirir, Bakivaxti portalına istinadən.

8–12 sentyabr 2025-ci il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində “GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi uğurla keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənclərin liderlik və peşəkar bacarıqlarının inkişafına dəstək göstərmək olub.

Düşərgədə 15–26 yaş aralığında fəal gənclər iştirak ediblər. Beş gün ərzində onlar liderlik, şəxsi inkişaf, layihə idarəetməsi, sosial media, marketinq və sağlam həyat tərzi mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Təlimlərlə yanaşı, sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv məşğələlər gənclərin həm öyrənməsinə, həm də səmərəli ünsiyyət mühitində vaxt keçirməsinə imkan yaradıb.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Aygün Mirzəyeva, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin Daxili Nəzarət və İnsan Resursları şöbəsinin məsləhətçisi Kamran Əliyev iştirak ediblər. Qonaqlar gənclərlə görüşərək onların inkişaf perspektivləri və gələcək hədəfləri barədə fikir mübadiləsi aparıblar.

Düşərgənin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar. Bu təşəbbüs gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların yeni əlaqələr qurmasına və peşəkar istiqamətlərini genişləndirməsinə şərait yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
8
bakivaxti.az

9Mənbələr