AZ

Dünya çempionatında uğurlu nəticə

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kumi “tuş”la üstələyərək dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı qazanıb.

Finala yüksələn təmsilçimiz Giorgi Meşvildişvili (125 kq) iranlı Amir Zareylə qarşılaşıb. O, rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Dünən axşam 79 kiloqram çəkidə təmsilçimiz Cəbrayıl Hacıyev iranlı Mohammad Noxodilarimi ilə, 91 kiloqram çəkidə isə Osman Nurmaqomedov Gürcüstan güləşçisi Miriani Maysuradze ilə bürünc medal uğrunda görüşüb.

Qabil YUSİFOĞLU XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
xalqqazeti.az

2Mənbələr