AZ

MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir

Ali təhsil müəssisələrinin pedaqoji fakültələrini bitirən, lakin Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında minimal bal belə toplaya bilməyən məzunlarla bağlı ali məktəblər məsuliyyət daşımalıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında çıxışı zamanı danışıb.

“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?” –  Əmrullayev vurğulayıb.

O qeyd edib ki, bəzi hallarda universitetlərdə diplomların verilməsi subyektiv yanaşma ilə – mərhəmət hissi, sosial təzyiqlər və ya konfliktlərdən yayınmaq məqsədilə həyata keçirilir. Nəticədə, əmək bazarına çıxan məzunların praktik bacarıqları çatışmır və bu, ali təhsil müəssisələrinin nüfuzuna mənfi təsir göstərir.

Gülnar 

Seçilən
26
anews.az

1Mənbələr