AZ

Vəkilliyin vəzifələri artırılır

Bakı. Trend:

Vəkilliyin vəzifələri artırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, vəkilliyin əsas vəzifələri fizikivə hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunanmənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətlihüquqi yardımın göstərilməsindən ibarətdir.

Layihədə həmçinin dövlət orqanlarının (qurumlarının)hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərininmüdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımıngöstərilməsinin də vəkilliyin əsas vəzifəsi olması təklifedilir.

Vəkillik fəaliyyəti fərdi qaydada və ya AzərbaycanRespublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunolaraq Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının(konfransının) müəyyən etdiyi qaydalara əsasən yaradılmışvəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkilfirmaları və s.) tərkibində həyata keçirilə biləcək. Vəkil qurumuqeyri-kommersiya hüquqi şəxsi olacaq.

Yuxarıda müəyyən edilmiş qaydalara uyğunluğu VəkillərKollegiyası Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş vəkil qurumuseçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatındankeçdikdən sonra fəaliyyətə başlayacaq.

Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkilləryalnız öz fəaliyyətinin təbliği ilə bağlı vəkilliyin rəmzlərindənistifadə edə biləcəklər.

Seçilən
39
1
az.trend.az

2Mənbələr