AZ

Vəkil orderinə dair tələblər müəyyənləşir

Bakı. Trend:

Qanunvericilikdə vəkil orderinin hüquqi əsası yaradılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəkil orderi vəkil qurumu və ya fərdi qaydadafəaliyyət göstərən vəkil tərəfindən vəkilə verilən, özündə tapşırıqüzrə istintaq (təhqiqat), prokurorluq orqanında və ya bir məhkəməinstansiyasında (işin mahiyyəti ilə əlaqəli olmayan məhkəməaktlarından apellyasiya və kassasiya instansiyasına verilənşikayətlər üzrə məhkəmə iclasları istisna olmaqla) təmsilçilikhüquqi yardımın göstərilməsini, hüquqi şəxslərdə təmsilçiliksəlahiyyətlərinin verilməsini təsdiq edəcək.

Vəkil orderi dövlət hesabına göstərilən hüquqi yardıma görətəhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəməninmüvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu)arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar bağlanmışmüqavilə əsasında veriləcək.

Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən vəkilorderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən və vəkilqurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilətəsdiq olunan sənəddir.

Müqavilə əsasında verilən vəkil orderi vəkilin təmsilçiliksəlahiyyətlərini müəyyən edən, vəkil qurumunun və ya fərdi qaydadafəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan və üzərindəonun həqiqiliyini ǝks etdirən order markası olan sənəddir. Ordermarkası özündə vəkil orderinin unikal seriya və nömrəsini əksetdirən xüsusi nişandır.

Vəkil orderinin və order markasının forması, hazırlanması,istifadə qaydası və order markasına görə ödənişin məbləği VəkillərKollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindənmüəyyən olunacaq.

Seçilən
60
5
az.trend.az

10Mənbələr