AZ

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin açıqlanmasını təxirə salır - ÖZƏL

Avropa Komissiyası (Aİ) gözlənildiyi kimi 17 sentyabrda Rusiyaya qarşı növbəti sanksiyalar paketini təqdim etməyəcək, açıqlama isə qeyri-müəyyən müddətə təxirə salınıb. Olaylar.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri Avropa diplomatına və blokdakı bir ölkənin rəsmisinə istinadla məlumat verib. Məlumatda bildirilir ki, 19-cu paketdəki məhdudiyyətlərin açıqlanması artıq çərşənbə günü gözlənilmir. Avropa Komissiyası yeni sanksiyaların rəsmi təqdimatının mümkün tarixini açıqlamayıb. Politico-nun məlumatına görə, təxirə salınmanın səbəbi Aİ-nin diqqətini Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən Slovakiya və Macarıyaya təzyiq göstərməyə yönəltməsidir. Məqsəd bu ölkələrin "Rusiya neftindən asılılığı azaltması"dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
74
50
olaylar.az

10Mənbələr