Sentyabrın 15-də keçirilən müşavirədə çıxış edən rəsmi şəxslər gömrük və ticarət sahəsində nəzərdə tutulan güzəştlərin Naxçıvanda sahibkarlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Qeyd olunub ki, muxtar respublikada azad və şəffaf sahibkarlıq mühitinin formalaşması yerli iş adamları tərəfindən yüksək qiymətləndirilir.
Sahibkarlar onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirərək irəli sürülən təşəbbüsləri müsbət qarşıladıqlarını ifadə ediblər.
Müşavirədə logistikanın subsidiyalaşdırılması, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi və maliyyə institutlarının bu sahəyə cəlb edilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Eyni zamanda, dövlət satınalmalarında yerli sahibkarlara üstünlük verilməsi istiqamətində atılacaq addımlar da gündəmə gətirilib.
Ulusum.az Diqqət Çəkənlər
Tallində avtobus və "Bolt" taksi sürücüsü arasında mübahisə: Avtobus qəsdən minik avtomobilinə çırpılıb
Qafqaz İslam Ordusunun tarixi zəfəri
349 min manatlıq gecikmiş əmək haqqı işçilərə ödənildi