AZ

Asiyada dünyanın ən qədim mumiyaları tapıldı

Alimlər cənub-şərqi Asiyada aparılan qazıntılar zamanı təxminən 12 min il əvvələ aid olduğu düşünülən qədim mumiyalar aşkarlayıblar.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu, dünya elmi üçün mühüm kəşf hesab olunur, çünki indiyədək mumiyalaşdırma ənənələrinin əsasən Misir və Cənubi Amerikanın qədim sivilizasiyalarına aid olduğu düşünülürdü.

Tədqiqatçılar bildirirlər ki, aşkar olunan bədənlər xüsusi ritual əsasında qövs formasında basdırılıb, bəzi hallarda isə mumiyalaşdırma üçün dumanla qurutma texnikasından istifadə olunub. Bu fakt cənub-şərqi Asiya xalqlarının min illər əvvəl özünəməxsus dəfn ənənələrinə malik olduqlarını göstərir.

Mütəxəssislərin fikrincə, yeni kəşf qədim insanların ölüm və həyat anlayışlarını, onların sosial-mədəni davranışlarını öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
34
azedu.az

1Mənbələr