AZ

Polşada Prezident sarayının üzərində naməlum PUA vuruldu...


Polşanın Baş naziri Donald Tusk dövlət mühafizə xidmətinin axşam saatlarında paytaxt Varşavada hökumət binaları yaxınlığında uçan pilotsuz uçan aparatı zərərsizləşdirdiyini açıqlayıb.

Tusk bildirib ki, hadisə prezident iqamətgahı olan Belvedere sarayının yerləşdiyi Parkova küçəsində baş verib. O əlavə edib ki, olayla bağlı iki Belarus vətəndaşı saxlanılıb və polis tərəfindən araşdırmalar davam edir.

Xatırladaq ki, ötən həftə Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu zamanı 19 pilotsuz təyyarənin sərhədi keçməsindən sonra Polşa ordusu yüksək hazırlıq vəziyyətində gətirilib. Varşava hökuməti gecə hücumları zamanı bir neçə rus pilotsuz təyyarəsinin Polşanın hava məkanını pozduğunu iddia edib.

TAHİR

Seçilən
53
baki-xeber.com

1Mənbələr