AZ

Qızıl rekord dərəcədə bahalaşdı

BAKI, 16 sentyabr. TELEQRAF

Qızılın qiyməti yeni rekord həddə yüksəlib.

Teleqraf xəbər verir ki, bu artıma zəifləyən dollar və ABŞ Federal Ehtiyat Sisteminin bu həftə keçiriləcək iclasında faiz dərəcələrini endirəcəyi gözləntiləri dəstək verib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.02% artaraq 3,720 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.27% artaraq 43.08 ABŞ dolları təşkil edib.

Seçilən
29
teleqraf.com

1Mənbələr